Medianews.az
Bir saniyəlik xəta ilə
217 baxış

Bir saniyəlik xəta ilə 140 min izləyicisini itirdi – VİDEO

Sosial mediada gözəllik filtrləri ilə bağlı müzakirələrə səbəb olan yeni hadisə baş verib.

Medianews.az xəbər verir ki, canlı yayımları və qüsursuz görünüşü ilə tanınan çinli strimer yayım zamanı texniki nasazlıqla üzləşib.

Belə ki, saatlarla davam edən yayımın ortasında istifadə etdiyi gözəllik filtri qəfildən sönüb və strimerin real görünüşü üzə çıxıb. Bu anlar izləyicilər tərəfindən dərhal qeydə alınıb və sosial şəbəkələrdə sürətlə yayılıb.

Hadisədən sonra minlərlə istifadəçi şərhlərdə narazılığını ifadə edib. Bəzi izləyicilər vizual manipulyasiyaya məruz qaldıqlarını iddia edərək strimeri “aldatmaqda” ittiham ediblər. Nəticədə qısa müddətdə kütləvi şəkildə izləmədən çıxmalar başlayıb.

Məlumata görə, insidentdən sonra strimer ümumilikdə 140 min izləyici itirib.

Medianews.az

Bizə qoşulun