Diyetoloqlar bildirirlər ki, avokado sağlamlıq üçün çox faydalı qida məhsuludur.
Medianews.az xəbər verir ki, bu meyvə ürək-damar sistemini qoruyur, dərini və saçları gücləndirir, göz sağlamlığını dəstəkləyir və iltihabı azaldır.
Avokadonun 5 əsas faydası:
Xolesterini azaldır – tərkibindəki olein turşusu “pis” xolesterini aşağı salır, “yaxşı” xolesterini artırır.
Təzyiqi tənzimləyir – kalium və folat qan təzyiqini normada saxlayır.
Dəri və saç üçün faydalıdır – E vitamini və yağ turşuları elastikliyi artırır, quruluğu azaldır.
Gözləri qoruyur – lutein və zeaksantin yaşla bağlı görmə problemlərinin riskini azaldır.
İltihabı azaldır – antioksidantlar orqanizmdə iltihabı zəiflədir.
100 qram avokado təxminən 223 kkal, 20 qram yağ, 8 qram karbohidrat və 1,8 qram zülal ehtiva edir. Lakin allergiyası olanlar və azkalorili pəhriz saxlayanlar avokadodan ehtiyatla istifadə etməlidirlər.
Medianews.az