Medianews.az
Biləsuvarda avtomobil kollektora aşıb,
88 baxış

Biləsuvarda avtomobil kollektora aşıb, ölən var

Biləsuvarda yol qəzası baş verib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı avtomobil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi kollektora düşüb.

İlkin məlumata görə, sürücüsü 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.

Faktla bağlı araşdırma başlanılıb.

Bizə qoşulun