Rusiyalı alim, uzunömürlülük üzrə mütəxəssis Aleksey Moskalev bildirib ki, beynin sağlam işləməsi üçün qidalanma rasionu həyatın müxtəlif mərhələlərində dəyişməlidir.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, düzgün qidalanmanın əsası bütün yaşlarda eyni qalır: tərəvəzlər, meyvələr, giləmeyvələr, tam taxıllar, paxlalılar, qoz-fındıq və balıq.
Bununla yanaşı, duz, doymuş yağlar və əlavə şəkərin miqdarı məhdudlaşdırılmalıdır. Moskalev izah edib ki, müxtəlif yaş dövrlərində fərqli prioritetlər ön plana çıxır. Gənclikdə əsas məqsəd vitamin və mineral çatışmazlığının qarşısını almaqdır. Orta yaşda insulinə davamlılıq riskini azaltmaq vacibdir. 60 yaşdan sonra damarların və beyin metabolizminin dəstəklənməsi önəm qazanır, 80 yaşdan sonra isə susuzlaşma və yetərsiz qidalanmadan qorunmaq əsas hədəf olur.
Medianews.az