Medianews.az
Beyin silkələnməsinin
76 baxış

Beyin silkələnməsinin gizli əlamətləri

“Beyin silkələnməsinin əlamətləri çox vaxt dərhal deyil, bir neçə saat və ya gün sonra üzə çıxır”.

Medianews.az xəbər verir ki, bu barədə “HuffPost”a beyin travmaları üzrə mütəxəssis Daniel Daneşvar və nevroloq Şey Datta danışıb.

İlk günlərdə baş ağrısı, başgicəllənmə və ürəkbulanma müşahidə olunur, sonradan isə yaddaş, diqqət və emosional vəziyyətlə bağlı problemlər yarana bilər.

Mütəxəssislər həmçinin qıcıqlanma, narahatlıq, yuxu pozuntuları və “başda duman” hissi kimi qeyri-adi simptomlara diqqət çəkiblər. Daneşvar əlavə edib ki, bəzi hallarda görmə zəifliyi və fokuslama çətinliyi də meydana çıxır.

Medianews.az

Bizə qoşulun