ABŞ və İran arasında atəşkəs razılaşması əldə olunub. Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqların ilk mərhələsinin keçirilməsi gözlənilir.
Xatırladaq ki, İrana qarşı istər bu ilin fevraından başlanan, istərsə də ötən ilin yayında 12 gün davam edən müharibədə əsas məqsədlərdən biri bu ölkənin nüvə proqramını dayandırmaq olub.
İran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına malikdir. Zənginləşdirilmiş uran isə nüvə silahı istehsalı üçün əsas komponentlərdən biridir.
Bu ilin martında amerikalı rəsmilər “The Wall Street Journal” qəzetinə bildirmişdilər ki, Tramp administrasiyası uranı İrandan çıxarmaq üçün ayrıca hərbi əməliyyat reallaşdırmaq variantını da nəzərdən keçirir.
Bəs hazırkı vəziyyətdə İranın uran ehtiyatları ilə bağlı məsələnin taleyi necə olacaq?
Medianews.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump atəşkəs elanından sonra verdiyi ilk açıqlamada bu məsələyə də toxunuub. O, “Frans-Press” agentliyinə müsahibəsində İranın uran ehtiyatları məsələsinin “tam qaydasında olacağını” bildirib. Tramp deyib ki, bu məsələ razılaşdırılmasaydı, atəşkəsə getməzdi.
“Bu məsələ tam şəkildə həll olunacaq, əks halda mən kompromisə getməzdim” deyə Tramp vurğulayıb, amma detalları açıqlamayıb.