İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ prezidenti Donald Trampın “İran zənginləşdirilmiş uranı ABŞ-yə göndərəcək” iddiasına cavab verib.
Medianews.az xəbər verir ki, Bəqainin sözlərinə görə, belə bir məsələ heç vaxt danışıqlarda müzakirə olunmayıb.
O qeyd edib ki, ölkənin mövqeyi qətidir: bütün nüvə nailiyyətləri yalnız İran ərazisində saxlanılacaq. Baqai vurğulayıb ki, İslam Respublikası heç vaxt zənginləşdirilmiş uranı başqa ölkəyə göndərmək variantını nəzərdən keçirməyib.
Medianews.az