Türkiyənin İstanbul şəhərində Silivri Bələdiyyəsində aparılan korrupsiya araşdırması çərçivəsində əməliyyat keçirilib.
Medianews.az xəbər verir ki, əməliyyat zamanı Silivri Bələdiyyəsinin sədri (mer) Bora Balcıoğlu da daxil olmaqla 17 şübhəli saxlanıb.
Saxlanan şəxslər barəsində prosessual tədbirlərin görülməsi üçün İstanbul Polis İdarəsinə aparılıb.
Araşdırma çərçivəsində bələdiyyə binasında axtarış və yoxlama işlərinin aparıldı, istintaqın isə davam etdiyi bildirilib.
