Medianews.az
BƏƏ sahillərində gəmi
76 baxış

BƏƏ sahillərində gəmi VURULDU

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində bir gəmidə mərmi düşməsi nəticəsində yanğın başladığını bildirib.

Bu barədə məlumat qurumun rəsmi internet saytında dərc olunub.

Hadisə BƏƏ-nin Xor Fakkan yaşayış məntəqəsindən 11 dəniz mili (təxminən 20 km) şərqdə baş verib.

Qurumun bəyanatında deyilir: "UKMTO gəminin naməlum mərmi ilə vurulduğu və nəticədə göyərtədə yanğın baş verdiyi barədə məlumat alıb".

Hazırda hadisənin təfərrüatları araşdırılır./musavat.com

Bizə qoşulun