Medianews.az
Bədəniniz xəbərdarlıq edir:
123 baxış

Bədəniniz xəbərdarlıq edir: Xərçəngin erkən əlamətləri

Hər il milyonlarla insan xərçəng xəstəliyinə yoluxur. Bu xəstəlikdə erkən diaqnoz həyati əhəmiyyət daşıyır.

Medianews.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, ani çəki itkisi, dəridə dəyişikliklər və orqanizmdə yaranan gözlənilməz əlamətlər diqqətlə izlənməlidir.

Erkən diaqnoz müalicənin uğurunu əhəmiyyətli dərəcədə artırır.

Türkiyəli süd vəzi cərrahı, dosent Dr. Pelin Basım qeyd edib ki, xərçəng yalnız xəstələrin deyil, sağlam insanların da yaxından tanımalı olduğu bir xəstəlikdir.

O bildirib ki, əsas problem insanların ilkin əlamətləri hiss etsələr belə, həkimə müraciəti gecikdirmələridir:

“Pasiyentlər çox vaxt orqanizmdəki dəyişiklikləri görsələr də, bunun irəliləməsini gözləyirlər. Halbuki erkən mərhələdə müraciət edənlərdə nəticələr daha uğurlu olur. Xüsusilə süd vəzi xərçəngi erkən aşkarlandıqda müalicə daha asan aparılır və xəstəliksiz yaşam müddəti uzanır”.

Mütəxəssis vurğulayıb ki, bədəndə yaranan hər yeni dəyişiklik xəbərdarlıq siqnalı ola bilər. Süd vəzisində hiss olunan kütlə, ağrı, axıntı və dəri dəyişiklikləri ilə yanaşı, bağırsaq vərdişlərində dəyişiklik, ani çəki itkisi, qarın ağrısı kimi hallar da diqqətdən kənarda qalmamalıdır. Kişilərdə sidiyə getmədə çətinlik və ya qanlı sidik kimi əlamətlər də risk siqnalı hesab olunur.

Həkim əlamətlər müşahidə olunduqda vaxt itirmədən tibbi müayinədən keçməyi tövsiyə edir. Onun sözlərinə görə, erkən mərhələdə müraciət edən xəstələrdə müalicə daha effektiv olur.

Xərçəngdən qorunmaq üçün isə sağlam həyat tərzi vacib sayılır. Siqaret və alkoqoldan uzaq durmaq, düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq və stressi azaltmaq xəstəliyin yaranma riskini xeyli azaldır.

Medianews.az

Bizə qoşulun