Medianews.az
Bədəndə ödəmi azaldan
273 baxış

Bədəndə ödəmi azaldan məhsullar

“İstidə yaranan ödəm və şişkinliklə mübarizə aparmaq üçün kaliumla zəngin qidalar qəbul etmək tövsiyə olunur”.

Medianews.az xəbər verir ki, bu barədə qidalanma üzrə mütəxəssis Marina Jiqulskaya bildirib.

Onun sözlərinə görə, pomidor, yaşıl yarpaqlı tərəvəzlər, avokado, ərik, şaftalı, banan, paxlalılar və kartof orqanizmdə su-duz balansını tənzimləyərək mayenin düzgün paylanmasına kömək edir.

Mütəxəssis qeyd edib ki, yayda damarların genişlənməsi səbəbindən ödem riski artır. O, həmçinin duzlu qidaların, yarımfabrikatların və fastfudun məhdudlaşdırılmasını, kifayət qədər su içilməsini tövsiyə edib. Müntəzəm ödəm hallarında isə həkimə müraciət etmək məsləhətdir.

Medianews.az

Bizə qoşulun