Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.
Medianews.az xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırlar ki, qırmızı çuğundurda olan yüksək nitrat bədəndə nitrik oksidə çevrilərək damarları genişləndirir. Bu xüsusiyyət qan dövranını sürətləndirir, xüsusilə idmançılar və gərgin iş rejimində çalışanlar üçün təbii enerji mənbəyi təmin edir.
Çuğundura o tünd bənövşəyi rəngi verən "betalain" maddəsi qaraciyərin detoks (təmizlənmə) ehtiyacını tək başına qarşılayır. Bu maddə qaraciyəri toksinlərdən qoruyur və hüceyrələrin yenilənməsinə kömək edir. Eyni zamanda təzyiqi tənzimləmə xüsusiyyəti ilə ürək-damar sağlamlığını qoruyur.
Mütəxəssislər qeyd edirlər ki, çuğundur dözümlü quruluşu sayəsində uzun müddət saxlanıla bilir və mətbəxdə "tullantısız tərəvəz" kimi tanınaraq ailə büdcəsinə də dəstək olur.
Dietoloqlar və aşpazlar qırmızı çuğundurun qida dəyərini itirməməsi üçün mühüm bir məqamda birləşirlər:
Çiy istehlak: Vitamin və mineralları qorumaq üçün çuğunduru rəndələyərək salatlara əlavə etmək və ya alma-kök qarışığı ilə şirəsini çəkmək ən sağlam üsuldur.
Əgər qaynadaraq yeməyə üstünlük verirsinizsə, qida dəyərini itirməmək üçün qabıqlarını soymadan bişirməyiniz tövsiyə olunur.(milli.az)