“Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ ilə (1:1) cavab görüşündəki hakim idarəçiliyinə etiraz edib.
Medianews.az xəbər verir ki, Münhen klubu referinin verdiyi qərarların nəticəyə təsir etdiyini deyib.
Almanlar UEFA-ya rəsmi şəkildə şikayət məktubu göndərəcək.
Artıq qitə futbol qurumuna şifahi narazılıq bildirilib.
Qeyd edək ki, matçın gedişində baş hakim Joao Pineyronun verdiyi qərarlar “Bavariya” tərəfinin narazılığı ilə qarşılanmışdı.//Qafqazinfo