Medianews.az
Başqırdıstanda neft emalı zavodu
87 baxış

Başqırdıstanda neft emalı zavodu vuruldu

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Başqırdıstan vilayətinin Ufa şəhərindəki “Başneft-Novoil” neft emalı zavodunun, eləcə də Zaporojye vilayətinin işğal olunmuş ərazisində Kulikovo təlim poliqonunun və sursat anbarının məhv edildiyini təsdiqləyib.

Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı sosial mediada məlumat verib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri sözügedən istiqamətlərə 1-2 aprel tarixlərində zərbələr endirib.

Bundan əlavə, Donetsk və Dnepropetrovsk vilayətlərində Rusiya ordusunun canlı qüvvəsinə öldürücü zərbələrin endirildiyi qeyd olunub.

Zərərlərin həcmi dəqiqləşdirilir.//Bakıvaxtı.az 

Bizə qoşulun