Hindistanda universitet xəstəxanasının travmatologiya mərkəzində 71 yaşlı qadına səhvən başqa xəstə üçün nəzərdə tutulmuş əməliyyat aparılıb.
Medianews.az xəbər verir ki, hadisə martın 7-i, Varanasi şəhərində baş verib.
Həkimlər əməliyyata başlayarkən gözlənilən zədənin olmadığını aşkar ediblər. Qadına onurğa sümüyü əvəzinə omba əməliyyatı keçiriblər. Qadın əməliyyatdan sonra həyatını itirib.
Xəstəxanada xüsusi komissiya yaradılıb və tibbi personalın məsuliyyət dərəcəsi araşdırılır.
Medianews.az