Beyin şişi ilə mübarizə aparan xeyriyyə təşkilatının mütəxəssisləri, adi baş ağrısı ilə təhlükəli vəziyyət arasında əsas fərqləri açıqlayıb.
Medianews.az xəbər verir ki, beyin şişindən qaynaqlanan baş ağrısı aşağıdakı xüsusiyyətlərə malik ola bilər:
- Ağrı ağrıkəsici dərmanlarla keçmir
- Səhərlər, əyilmə və fiziki gərginlik zamanı artır
- Baş gicəllənməsi, ürəkbulanma və qusma müşahidə olunur
- Bədənin bir tərəfində zəiflik, uyuşma və ya iynəbatırma hissi yarana bilər
- Tarazlıq, koordinasiya, nitq və görmə problemləri müşahidə oluna bilər
Ekspertlər həmçinin vurğulayıblar ki, gözlərdə qaralmanın, ikili görmənin və ya görmə sahəsinin itməsi kimi əlamətlər də həkimə müraciət üçün ciddi siqnaldır.
Beyn şişinin erkən diaqnostikası üçün simptomlara diqqət yetirmək və vaxtında mütəxəssisə müraciət etmək vacibdir.
Medianews.az