Medianews.az
“Barselona”nın hücumçusu okeanın o tayına
80 baxış

“Barselona”nın hücumçusu okeanın o tayına gedə bilər

Amerikanın "Çikaqo Fayr" klubu "Barselona"nın polşalı hücumçusuna konkret təklif göndərib.

MLS klubu "Barselona"nın hücumçusu Robert Levandovski ilə müqavilə imzalamaqda maraqlıdır.

Lent.az-ın məlumatına görə, "Çikaqo Fayr" ötən ilin sonlarında 37 yaşlı hücumçunun mümkün pulsuz transferi ilə bağlı polşalı futbolçu ilə əlaqə saxlayıb.

Robertin həyat yoldaşının potensial yaşayış yerini yoxlamaq üçün Çikaqoya səfər etdiyi bildirilir. O, əvvəllər ərinin karyerası ilə bağlı xəbərləri Polşa nəşri ilə bölüşüb.

Həmçinin qeyd etmək lazımdır ki, komanda oyunçuya iki illik müqavilə və mənbəyə görə, qlobal superulduz statusuna uyğun maaş təklif edir.

Bizə qoşulun