Mark-Andre ter Ştegen bu gün keçiriləcək "Barselona" - "Atletik Bilbao" qarşılaşmasında meydana çıxa bilməyəcək.
Oxu.Az xəbər verir ki, almaniyalı qapıçı zədə səbəbindən dünənki məşqi erkən tərk edib.
"Barselona" onun əvəzinə Dieqo Koçeni heyətə daxil edib.
Ter Ştegen komandanın təlim-məşq toplanışını tərk edib və müayinə üçün Barselona şəhərinə qayıdıb.
Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinalı mərhələsində Səudiyyə Ərəbistanının "Kinq Abdullah" stadionunda keçiriləcək "Barselona" - "Atletik Bilbao" oyunu bu gun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
