PSJ-nin hücumçusu Qonçalo Ramuş yayda komandanı tərk edə bilər.
Medianews.az xəbər verir ki, 24 yaşlı forvardla “Barselona” maraqlanır. Ramuş Paris klubunda qeyri-sabit oyun vaxtından narazıdır və ayrılığı nəzərdən keçirir.
Onun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Hücumçu bu mövsüm 41 oyunda 12 qol və 2 assistlə yadda qalıb.//Operativ Media