Medianews.az
Barselona metrosunda DƏHŞƏTLİ YANĞIN: 140 nəfər xəsarət aldı -
86 baxış

Barselona metrosunda DƏHŞƏTLİ YANĞIN: 140 nəfər xəsarət aldı - VİDEO

Barselona metrosunda "Klot" və "Glories" stansiyaları arasında dəhşətli yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində 140-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Qatarın maşinisti 50 metr məsafədən alovu görərək qatarı təcili tormozlayıb və dərhal xilas etmə xidmətlərinə məlumat verib.

Təlimata əsasən sərnişinlərin yanğınsöndürənləri gözləməsi tövsiyə olunsa da, vaqonları bürüyən qatı tüstü səbəbindən boğulma təhlükəsi yaranıb. Nəticədə panikaya düşən insanlar qapıları açaraq qaranlıq tunellə qaçmağa başlayıblar. Hadisə anında metroda 300-dən çox sərnişin olub.

Metro operatoru şirkətinin direktoru Xavier Flores bildirib ki, ilkin ehtimallara görə, yanğına tunelin üzlük qatının uçması səbəb olub.

Fövqəladə hal zonasına çoxlu sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub./musavat.com 

Bizə qoşulun