Medianews.az
“Barselona” Kukurelyanın “Real”a satışından
99 baxış

“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq

"Barselona" 27 yaşlı "Çelsi" müdafiəçisi Mark Kukurelyanın "Real Madrid"ə transferi üçün 1 milyon avrodan çox pul alacaq.

Medianews.az İdman.Biz-ə istinadən bildirir ki,  bu barədə Mundo Deportivo-ya istinadən məlumat verir.

FIFA qaydalarına görə, transfer haqqının 5%-i oyunçunun inkişafına töhfə verən klublar arasında bölüşdürülür. Buna görə də katalonlar 1,35 milyon avro qazanacaqlar.

Kukurelya "La Masia" akademiyasının yetirməsidir. O, 14-20 yaşları arasında "Barselona"nın gənclər sistemində altı il keçirib və bu da Kataloniya klubunu ödənişlərin əsas alanlarından birinə çevirib. "Barselona"dan əlavə, "Espanyol", "Xetafe" və "Brayton" da kompensasiya alacaq.

Xatırladaq ki, "Real Madrid" daha əvvəl Mark Kukurelyanın 60 milyon avroya transferini açıqlayıb. Futbolçu hazırda İspaniya milli komandasında 2026-cı il dünya çempionatında iştirak edir.

Bizə qoşulun