İspaniya millisinin futbolçusu Ferran Torresin “Barselona” klubundakı gələcəyi qeyri-müəyyəndir.
Medianews.az xəbər verir ki, Kataloniya təmsilçisi ilə hücumçu arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar dayandırılıb.
Klub 26 yaşlı oyunçunun sözləşməsinin müddətini yeniləməmək qərarına gəlib.
Xatırladaq ki, F.Torresin hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 46 matçda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.//Bakues.az