Medianews.az
“Barselona” bu hücumçusunu
88 baxış

“Barselona” bu hücumçusunu yayda itirə bilər

“Barselona”ya icarəyə verilmiş hücumçu Markus Reşford yayda yenidən “Mançester Yunayted”ə qayıda bilər.

Medianews.az Lent.az-a istinadən xəbər verir ki, “Mançester Yunayted” futbolçunun qiymətini aşağı salmaq niyyətində deyil. İngilis klubunun rəhbərliyi hesab edir ki, Reşfordun La Liqadakı uğurlu çıxışı onun dəyərini artırıb və başqa bir top-kluba satılacağı halda daha sərfəli məbləğ əldə etmək mümkündür.

Qeyd olunur ki, “Mançester Yunayted” potensial alıcılarla razılığa gələ bilməsə, Reşford karyerasını Mançesterdə davam etdirəcək. Bildirilir ki, futbolçu Premyer Liqaya qayıtmağa qarşı deyil, lakin “Barselona”da qalmağa üstünlük verir.

İngiltərə millisinin üzvü olan futbolçu 2025-ci ilin iyulundan etibarən icarə əsasında “Barselona”da çıxış edir. Kataloniya klubu onu birdəfəlik transfer etmək istəyir, lakin yayadək tələb olunan təxminən 30 milyon avronu toplamaq çətin ola bilər. Cari mövsümdə 28 yaşlı hücumçu İspaniya çempionatında 24 oyunda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizə qoşulun