Banqladeşdə krandan düşən yük iki işçinin ölümünə səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə martın 1-i, Dəkkədə gəmi boşaldılırkən baş verib.
Kran operatoru böyük buğda bağlamalarını qaldırarkən kran kabeli qırılıb.
Bağlamalar 32 və 26 yaşlı iki işçinin üzərinə düşüb. Şəxslərdən biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır. Hələlik kiminsə məsuliyyətə cəlb ediləcəyi məlum deyil.
Medianews.az