Banan qida dəyəri yüksək olan meyvələrdən biri hesab olunur və bir çox insan onu gündəlik rasiona daxil edir. Mütəxəssislər bildirirlər ki, bu meyvə həm enerji mənbəyi kimi, həm də minerallarla zəngin tərkibi ilə seçilir.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, dietoloq Kortni D’Ancelonun sözlərinə görə, banan xüsusilə kaliumla zəngindir və bu mineral əzələlərin normal fəaliyyəti üçün mühüm rol oynayır. Kalium həmçinin orqanizmdə maye balansının qorunmasına da kömək edir.
Mütəxəssis qeyd edir ki, banan təbii karbohidratlar sayəsində sürətli enerji mənbəyi hesab olunur. Bu səbəbdən idmanla məşğul olan insanlar tez-tez məşqdən əvvəl və ya sonra banan istehlak edirlər.
Bundan əlavə, bananın tərkibində liflər də mövcuddur ki, bu maddələr həzm prosesinə müsbət təsir göstərir və uzun müddət toxluq hissinin saxlanmasına kömək edə bilər.