Medianews.az
Bakıda yaşayış binasında yanğın başlayıb, sakinlər təxliyə olunub -
132 baxış

Bakıda yaşayış binasında yanğın başlayıb, sakinlər təxliyə olunub - YENİLƏNİB - FOTO - VİDEO

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Medianews.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əlavə məlumat veriləcək.

***

11.42

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, yanğın Xocalı prospektində yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir, bina sakinləri təxliyə olunub.

***

11.27

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Medianews.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizə qoşulun