Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Hadisə rayonun Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində yerləşən evlərdən birində baş verib.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nəriman birgə yaşadığı evdə arvadı Könül (adlar şərtidir – red.) ilə mübahisə edib. O, ailə-məişət zəminində mübahisə yaratmış mübahisə zamanı başı ilə arvadının başına zərbə vuraraq yerə yıxıb. Sonra saçından tutaraq sürüyərək təpik və yumruq zərbələri vurub, təpə nahiyəsinə xəsarətlər yetirib.
Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Nəriman bildirib ki, 2021-ci ildə Könül ilə ailə quraraq rəsmi nikaha daxil olub:
“Birgə nikahımızdan bir azyaşlı övladımız var. Könüldən əvvəl ailəli olmuşam, sonradan boşanmışam və birinci nikahımızdan olan azyaşlı övladım da hazırda mənimlə birlikdə yaşayır. Könül ilə ailə-
məişət zəminində bir neçə dəfə mübahisələrimiz olub. Bu mübahisələrlə bağlı Könül tərəfindən polis orqanlarına şikayət edilib. Lakin sonradan barışmışıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisələrin səbəbi Könülün onu mübahisəyə təhrik etməsi, cavab qaytarması və ona qarşı nalayiq ifadələr işlətməsi olub. O, həmçinin bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və gecə saatlarında evə gec gəldiyinə görə Könülün onu qısqanaraq mübahisələr yaradır və bu səbəbdən ailədə münaqişələr baş verir.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 20:00-da yaşadıqları evdə Könülün azyaşlı qızına qarşı nalayiq küçə ifadələri işlətməsi səbəbindən aralarında mübahisə yaranıb: ”Könülün cavab qaytarması nəticəsində əsəbləşərək onun sifətinə bir şillə zərbəsi vurdum. Nəticədə Könül yerə yıxıldı. Daha sonra onu saçlarından tutaraq evdən çıxardım və atasının evinə göndərdim”.
Zərərçəkmiş Könül izahatında qeyd edib ki, Nəriman heç bir yerdə işləmir və mütəmadi olaraq ailə daxilində münaqişələr yaradır:
“Bu səbəbdən əvvəllər polis orqanlarına ərizə ilə müraciət etmişəm. Lakin sonradan barışmışıq. Məlum hadisə günü, saat 20:00-da yaşadığım evdə olarkən Nəriman mənə adıma kredit götürməyi təklif etdi. Mən bu təkliflə razılaşmadım, aramızda mübahisə yarandı. Nəriman məni nalayiq ifadələrlə təhqir etməyə başladı. Daha sonra saçlarımdan tutaraq yoldu, başı ilə başıma kəllə zərbəsi endirərək məni yerə yıxdı, bədənimin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq xəsarətlər yetirdi”.
Zərərçəkmiş şəxs ifadəsinin sonunda göstərib ki, hadisə baş verən zaman yaşadığı evdə azyaşlı övladından başqa heç kim olmayıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.\\demokrat.az
11.06.2026, 17:32
88
baxış
TURAN
Bakıda taksi sürücüsü qadına kəllə atdı
Paylaş: