Medianews.az
Bakıda orta maaş nə qədərdir? –
1,692 baxış

Bakıda orta maaş nə qədərdir? – Rayonlar üzrə STATİSTİKA

Bakı Şəhər Statistika İdarəsi 2025-ci il iyunun 1-nə paytaxtın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 1374,9 manat göstərib.

Medianews.az xəbər verir ki, hesabatda rayonlar üzrə orta maaşlar belə sıralanıb:

Pirallahı – 2358,2 manat

Səbail – 2028,8 manat

Qaradağ – 1623,3 manat

Xəzər – 1603,3 manat

Nəsimi – 1462 manat

Xətai – 1265,3 manat

Nizami – 1232,5 manat

Nərimanov – 1130,6 manat

Yasamal – 1127,7 manat

Sabunçu – 999,7 manat

Binəqədi – 944 manat

Suraxanı – 917,5 manat.

Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır. Dövlət Statistika Komitəsinin hesabatına görə, iyulun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1097,3 manat olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun