Medianews.az
Bakıda bir yerdə eyni vaxtda üç qəza oldu -
93 baxış

Bakıda bir yerdə eyni vaxtda üç qəza oldu - VİDEO

Bakının Yasamal rayonunda, Kənar dairəvi yolunda baş verən yol-nəqliyyat hadisəsinin detalları məlum olub.

Oxu.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən yol-nəqliyyat hadisələri Bakı Kənar dairəvi yolun 4-cü kilometrliyində saat 22:26-da qeydə alınıb.

"Yolun sürüşkən olması səbəbindən eyni anda üç yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Sərdar Qurban oğlu Səfiyarovun idarə etdiyi MAN markalı, 77-ER-828 dövlət nömrə nişanlı yük avtomobili idarəetməni itirərək yolun ortasındakı maneəyə çırpıb.

Daha sonra 1995-ci il təvəllüdlü Seymur Cahangir oğlu Əhmədovun idarə etdiyi BYD markalı, 90-YN-035 dövlət nömrə nişanlı avtomobil də idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb.

Eyni zamanda, KIA markalı 99 ZO-887 dövlət nömrə nişanlı avtomobil 1979-cu il təvəllüdlü Kəmalə Gülhüseyn qızı Salmanovanın idarə etdiyi "Mazda" markalı 90-CJ-029 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisələr nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir. 

Bizə qoşulun