“Azərbaycan və Ermənistan artıq sülh şəraitindədir”.
Medianews.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, ilk dəfədir ki, Ermənistan və Azərbaycan eyni siyasi dili istifadə edir:
“Həm Ermənistanda, həm də Azərbaycanda hələ də keçmiş münaqişədən qalan ritorikalar mövcuddur, lakin bu, qaçılmaz keçid prosesinin bir hissəsidir.
Əminəm ki, sülhün institusional formaya salınması istiqamətində tərəflər sülh sazişi imzalayacaqlar. Lakin bu, prosesin tam başa çatması demək olmayacaq.
Həmin sazişdən sonra müxtəlif sahələr üzrə əlavə razılaşmaların imzalanmasına ehtiyac olacaq”.//Globalinfo.az