Bakı-Tbilisi reysi ilə səfər etmək üçün eləcə bilet almaq kifayət deyil.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Medianews.az-a bildirilib ki, qatara minik üçün biletlə yanaşı aşağıdakı sənədlərin də təqdim olunması mütləqdir:
- Pasportun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil);
- Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq səyahət sığortası;
- 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet;
- Bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi.
Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı 6 ildən çox davam edən fasilədən sonra ilk səfərini həyata keçirəcək.