Medianews.az
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni
47 baxış
Yüklə

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavinləri təyin olunub.

Medianews.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Əmr imzalayıb.

Yeni təyin olunmuş müdir müavinləri - Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.

Tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Tədbirdə Eşqi Bağırov yeni təyinat münasibətilə müdir müavinlərini təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərdən danışıb. E.Bağırov təhsilin inkişafı, təhsilin keyfiyyətinin artırılması məqsədilə reallaşdırılan tədbirləri nəzərə çatdıraraq yeni təyinatların paytaxt təhsilinin uğurlarının artırılmasına töhfə verəcəyinə inandığını bildirib.

Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.

Bizə qoşulun