Medianews.az
Bakı-Quba yolunda yük maşınları toqquşdu: sürücü güclə
109 baxış

Bakı-Quba yolunda yük maşınları toqquşdu: sürücü güclə xilas olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba magistral avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 49 yaşlı Abbasov Babək Şükür oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizə qoşulun