Medianews.az
Bakı-Naxçıvan-Bakı:
118 baxış

Bakı-Naxçıvan-Bakı: reyslər ləğv olundu

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 14 iyun tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

AZAL-dan Medianews.az-a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.

“Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin məlumatında bildirilir.

Bizə qoşulun