Medianews.az
Bağırsaq problemlərindən qorunmaq üçün
61 baxış

Bağırsaq problemlərindən qorunmaq üçün bu qidalardan uzaq durun

“Bağırsağlamlığına ən çox zərər verən qidalar ultra emal olunmuş məhsullardır”.

Medianews.az xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Natalya Motyleva deyib.

Həkim xəbərdarlıq edir ki, həftədə 500 qramdan çox kolbasa, hot-doq və vetçina istehlakı kolorektal xərçəng riskini artırır.

Motyleva həmçinin fast food, çips və şəkərli qazlı içkilər kimi digər ultra emal olunmuş qidaların bağırsaq mikrobiotasına mənfi təsir göstərdiyini, həzm problemləri, iltihabi bağırsaq xəstəlikləri və immunitet zəifləməsinə səbəb ola biləcəyini bildirib.

Həkim əlavə edib ki, süni tatlandırıcılar, emulsifikatorlar, yüksək şəkər və duz tərkibi bağırsaq hərəkətliliyini pozaraq ishal, qarın şişməsi və qaz probleminə yol aça bilər.

Medianews.az

Bizə qoşulun