Türkiyədə 25 yaşlı Serhat K bacısının yanında gördüyü həmyaşıdı Murat Yaşarı küçədə baş verən mübahisə zamanı bıçaqlayıb.
Medianews.az xəbər verir ki, Gaziosmanpaşa rayonun Karadeniz məhəlləsində gecə saatlarında baç verib.
İddiaya görə, tərəflər arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Serhat K üzərində olan bıçaqla Murat Yaşarı hər iki ayağından yaralayıb və hadisə yerindən qaçıb
Təcili tibbi yardım yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra qaçan şübhəli polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumata görə, münaqişənin “qız məsələsi” zəminində baş verdiyi bildirilir.
Hadisə anı və şübhəlinin qaçması ərazidəki təhlükəsizlik kamerası və şahidlərin mobil telefonları tərəfindən qeydə alınıb.
Medianews.az