Rusiyada naməlum qadın 8 yaşlı qıza hücum edərək özü ilə aparmaq istəyib.
Medianews.az xəbər verir ki, hadisə Nijnevartovskda baş verib.
Qadın ıli ilə qızın ağzını tutaraq “Qışqırma, səni heç kim xilas etməyəcək” deyib.
Azyaşlını ev sakinləri xilas edib. Zərərçəkmişin anası bildirib ki, qadın əvvəllər də uşaqlara hücum edib.
Nijnevartovsk Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, qadın kiçik xuliqanlıq ittihamı ilə protokollaşdırılıb və ona 1 000 rubladək cərimə və ya 15 günədək inzibati həbs tətbiq edilə bilər.
Medianews.az