Hindistanda bir qrup şəxs 41 yaşlı qadını tələyə salıb ona təcavüz ediblər.
Medianews.az xəbər verir ki, əri ilə mübahisə edən qadın qardaşının evinə gedərkən yolda bir uşaq ona şirə təklif edib. İçkinin içindəki yuxu dərmanından qadın halsızlaşıb. Uşaq və ortağı onu "kəndə aparırıq" deyərək motosikletə mindiriblər.
Lakin onlar qadını boş bir tarlaya aparıb 10 nəfərlik dəstəyə təslim ediblər. Dəstə üzvləri qadını zorlayıb və hadisəni telefona çəkiblər.
Şikayətdən sonra azyaşlı da daxil olmaqla bütün şübhəlilər həbs edilib. Onların motosikletləri və telefonları müsadirə olunub. Araşdırma aparılır.
Medianews.az