Medianews.az
 “Azərişıq”ın idarə rəislərinə və rəsi müavinlərinə sanksiya tətbiq olundu
393 baxış

“Azərişıq”ın idarə rəislərinə və rəsi müavinlərinə sanksiya tətbiq olundu

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərişıq” ASC-nin 5 regional (rayon) idarəsinin rəislərinə və rəsi müavinlərinə maliyyə sanksiyası tətbiq edib.

Söhbət Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal regional (rayon) enerji təchizatı və satışı idarələrindən gedir.

Agentlikdən Medianews.az-a bildiriblər ki, sanksiyaya səbəb rəqabət qanunvericiliyi tələblərinin pozulmasıdır.

Sanksiyaya məruz qalan rəislərin və rəsi müavinlərinin pozuntuda birbaşa iştirak etdikləri vurğulanır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərişıq”da araşdırmanı vətəndaş müraciətləri və Energetika Nazirliyinin tabeliyində Enerji Məsələləri Tənzimləmə Agentliyindən daxil olmuş məlumatlar əsasında aparıb.

Medianews.az

Bizə qoşulun