Medianews.az
Azərbaycanın xaricə çıxardığı meyvə-tərəvəzin 87,4 faizi bu ölkədə satılıb
103 baxış

Azərbaycanın xaricə çıxardığı meyvə-tərəvəzin 87,4 faizi bu ölkədə satılıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanın meyvə-tərəvəz ixracı 574,3 min ton təşkil edib. Məlumatı Medianews.az-a qtisadçı İlham Şaban verib.

O bildirib ki, bu, 602,5 milyon dollarlıq ixrac deməkdir: “Yanvar–sentyabr aylarında Azərbaycanın meyvə-tərəvəz ixracında 135 min ton və ya 30,8% artım olub ki, bu da son beş ilin ən yüksək nəticəsidir”.

İ.Şabanın sözlərinə görə, 2025-ci ilin yanvar–sentyabr aylarında ixrac olunan meyvə-tərəvəzimizin 87,4%-i Rusiya bazarında satılıb.

Medianews.az

Bizə qoşulun