Medianews.az
Azərbaycanın kredit və əmanət statistikası
94 baxış

Azərbaycanın kredit və əmanət statistikası

Medianews.az Mərkəzi Bankın yeni statistik bülleteninə nəzər salıb.

Hesabata görə, 2026-cı il fevralın 1-nə Azərbaycanda 29,9 milyard manat kredit rəsmiləşib.

Bakıda qeydə alınan kredit 22,7 milyard manat göstərilir.

Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1,2 milyard manat, Gəncə-Daşkəsən – 905,2 milyon manat, Lənkəran-Astara – 711 milyon manat, Mərkəzi Aran – 606,8 milyon manat, Şəki-Zaqatala – 605 milyon manat, Qazax-Tovuz – 583,5 milyon manat, Qarabağ – 526 milyon manat, Quba-Xaçmaz – 521,6 milyon manat, Naxçıvan – 494,2 milyon manat, Şirvan-Salyan – 465,5 milyon manat, Mil-Muğan – 360,5 milyon manat, Dağlıq Şirvan – 210,9 milyon manat, Şərqi Zəngəzur – 24,4 milyon manat.

Statistik bülletenə əsasən, fevralın 1-nə 557,5 milyon manat problemli kredit qeydə alınıb.

2015-ci ilə ölkədə 976,3 milyon manat məbləğində ödəniş vaxtı keçmiş kredit olub. 2016-cı il 1 milyard 508,5 milyon manat, 2017-ci il 1 milyard 472,6 milyon manat, 2018-ci il 1 milyard 626,7 milyon manat, 2019-cu il 1 milyard 585 milyon manat, 2020-ci il 1 milyard 273,1 milyon manat, 2021-ci il 893,1 milyon manat, 2022-ci il 719,4 milyon manat, 2023-cü il 593,7 milyon manat, 2024-cü il 437,8 milyon manat, 2025-ci il 449,1 milyon manat, 2026-cı il 524,5 milyon manatla başlayıb.

Hesabata görə, fevralın 1-nə ölkədə 16,6 milyard manat əmanət qoyulub.

Bunun 14,6 milyard manatı Bakının payına düşüb.

Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 613,8 milyon manat, Gəncə-Daşkəsən – 269 milyon manat, Quba-Xaçmaz – 163,7 milyon manat, Şəki-Zaqatala – 147,6 milyon manat, Lənkəran-Astara – 152 milyon manat, Mərkəzi Aran – 146,4 milyon manat, Qazax-Tovuz – 133,6 milyon manat, Qarabağ – 107,2 milyon manat, Naxçıvan – 89,7 milyon manat, Şirvan-Salyan – 82,1 milyon manat, Mil-Muğan – 53,5 milyon manat, Dağlıq Şirvan – 51,5 milyon manat, Şərqi Zəngəzur – 892 min manat.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun