Həkim-reanimatoloq-anestezioloq Fətəli Fətəliyev dünyasını dəyişib.
Medianews.az Sfera.az-a istinadən xəbər verir ki, həkim ötən gün 64 yaşında xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, F.Fətəliyev 1991-2008-ci illərdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında, 2008-ci ildən etibarən isə Kliniki Tibbi Mərkəzdə həkim-reanimatoloq-anestezioloq kimi fəaliyyət göstərib.
