Medianews.az
Azərbaycanda kriptovalyuta sektorunun tənzimlənməsi:
333 baxış

Azərbaycanda kriptovalyuta sektorunun tənzimlənməsi: təkliflər hazırlanıb

Xeyli müddətdir Mərkəzi Bank kriptovalyuta sektorunu tənzimləyəcək “Virtual aktivlər və virtual aktiv xidməti təminatçılarının fəaliyyəti haqqında” qanun layihəsi üzərində işləyir. Bu qanun layihəsi ölkəmizdə kriptovalyuta və blokçeyn sektorunun hüquqi əsaslarını formalaşdıracaq.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün Medianews.az-a bildirdiyinə görə, Blokçeyn Azərbaycan Mərkəzi (BAM) kriptovalyuta sektorunun tənzimlənməsi ilə bağlı təkliflər hazırlayıb: “Bir müddət öncə bu məsələ ilə bağlı Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilovla görüşümüz olmuşdu. Görüşdən sonra BAM “Virtual aktivlər və virtual aktiv xidməti təminatçılarının fəaliyyəti haqqında” qanun layihəsinə dair təkliflər hazırlamış və bir neçə dəfə müzakirə etmişdi. Təkliflərin yekun variantı artıq Mərkəzi Banka təqdim olunub.

Bu təkliflərin əsas məqsədi — kripto sektorunun şəffaf, innovativ və beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, eləcə də yerli startapların və texnoloji təşəbbüslərin inkişaf imkanlarının genişləndirilməsidir”.

Medianews.az

Bizə qoşulun