Medianews.az
Azərbaycanda kredit, problemli kredit, əmanət –
111 baxış

Azərbaycanda kredit, problemli kredit, əmanət – SON RƏQƏMLƏR

2026-cı il martın 1-nə Azərbaycanın 22 bankının cəmi aktivləri 57,1 milyard manatı, cəmi öhdəlikləri 49,6 milyard manatı ötüb.

Medianews.az hesabatı yayan Mərkəzi Banka istinadla bildirir ki, martın 1-nə ölkədə 30,1 milyard manat kredit rəsmiləşib.

Bakıda qeydə alınan kredit 23,1 milyard manat göstərilir.

Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1,1 milyard manat, Gəncə-Daşkəsən – 875,9 milyon manat, Lənkəran-Astara – 689,6 milyon manat, Mərkəzi Aran – 603,9 milyon manat, Qazax-Tovuz – 586,1 milyon manat, Şəki-Zaqatala – 580,6 milyon manat, Qarabağ – 525,9 milyon manat, Quba-Xaçmaz – 502,5 milyon manat, Naxçıvan – 494 milyon manat, Şirvan-Salyan – 423,6 milyon manat, Mil-Muğan – 356,2 milyon manat, Dağlıq Şirvan – 212 milyon manat, Şərqi Zəngəzur – 24,4 milyon manat.

Açıqlamaya görə, ölkə üzrə kreditlərin 562 milyon manatı problemlidir. İlin əvvəlinə ödəniş vaxtı keçmiş kreditlər 524,5 milyon manat idi.

Qeyd olunur ki, martın 1-nə Azərbaycanda 17,2 milyard manat əmanət qoyulub, bunun 15,1 milyard manatı Bakının payına düşüb.

Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 625,3 milyon manat, Gəncə-Daşkəsən – 275,3 milyon manat, Quba-Xaçmaz – 165,9 milyon manat, Lənkəran-Astara – 153,4 milyon manat, Şəki-Zaqatala – 150,5 milyon manat, Mərkəzi Aran – 146,2 milyon manat, Qazax-Tovuz – 139,4 milyon manat, Qarabağ – 110 milyon manat, Naxçıvan – 91,1 milyon manat, Şirvan-Salyan – 82,6 milyon manat, Dağlıq Şirvan – 54 milyon manat, Mil-Muğan – 52,8 milyon manat, Şərqi Zəngəzur – 1 milyon manat.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun