2025-ci il noyabrın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı 1086,3 manat göstərilib.
Medianews.az bildirir ki, Dövlət Statistika Komitəsi iqtisadi fəaliyyət növlərini orta maaş baxımından belə sıralayıb:
mədən sənayesi - 3647 manat
maliyyə və sığorta fəaliyyəti - 2890,2 manat
informasiya və rabitə - 1864,3 manat
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət - 1795,4 manat
nəqliyyat və anbar təsərrüfatı - 1521 manat
dövlət idarəetməsi və müdafiə; sosial təminat - 1468,6 manat
daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1191,7 manat
tikinti - 1159,1 manat
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 1109,9 manat
emal sənayesi - 989,6 manat
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 937,2 manat
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 873,1 manat
təhsil - 802,2 manat
turistlərin yerləşdirilməsi və ictimai iaşə - 782,3 manat
su təchizatı, tullantıların təmizlənməsi və emalı - 752,6 manat
ticarət; nəqliyyat vasitələrinin təmiri - 740,8 manat
inzibati və yardımçı xidmətlərin göstərilməsi - 722 manat
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 686,2 manat
başqa sahələrdə xidmətlərin göstərilməsi - 1274,1 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.
Toğrul Əli,
Medianews.az