Medianews.az
Azərbaycanda BU ŞƏXSLƏR 5 min manat
50 baxış

Azərbaycanda BU ŞƏXSLƏR 5 min manat cərimələnəcək

Bu gündən Azərbaycanda yeni cərimələr qüvvəyə minib.

Medianews.az xəbər verir ki, bu gündən etibarən elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanmasına görə cərimələr tətbiq olunacaq.

Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə isə 30 manat məbləğində cərimə nəzərdə tutulub.

Bizə qoşulun