Medianews.az
Azərbaycana yaz gəldi
74 baxış

Azərbaycana yaz gəldi

Azərbaycana yaz fəsli qədəm qoyub.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Medianews.az-a bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 18:45-də daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Bizə qoşulun