Türkiyədə Azərbaycan vətəndaşları saxlanılıblar.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, Çanaqqala bölgəsinin Ayvacık rayonu akvatoriyasında qadın və uşaqlar da daxil olmaqla 31 qanunsuz miqrant saxlanılıb.
“Qayıqda olan şəxslər Əfqanıstan və Azərbaycan vətəndaşlardır.
Saxlanılan şəxslər aidiyyəti üzrə müvafiq qurumlara təhvil veriliblər”, – deyə qeyd olunub.//Globalinfo.az