Aprelin 15-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 118,56 dollara satılır.
Medianews.az xəbər verir ki, bu, ayın siftəsindən 13,79 dollar aşağı göstəricidir.
Neftin qiyməti ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən aprelin 8-dək apardığı hərbi əməliyyatlar dalğasında hasilat və daşımalara əngəllər üzündən kəskin dəyişir.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.