Aprelin 22-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 110,89 dollara satılır.
Medianews.az bildirir ki, bu, ayın siftəsindən 21,46 dollar aşağı qiymətdir.
2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.
Neftin qiyməti ABŞ və İsraillə İran arasında fevralın 28-dən artan gərginlik dalğasında kəskin dəyişir.